"Bavariya" David Alaba ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparır.
Fanat.Az "Sport1"ə istinadən xəbər verir ki, oyunçunu meneceri Pini Zahavi və atası yeni sözləşmənin şərtlərini rəhbərliklə müzakirə ediblər. Zahavi Vircil van Deyk, Harri Maquayr, Emerik Laport kimi müdafiəçiləri nümunə çəkərək, Alabanın da onlar kimi öz mövqeyində dünyanın ən yaxşılarından biri olduğunu və sözügedən futbolçular qədər məvacib almağı haqq etdiyini vurğulayıb.
28 yaşlı oyunçu illik 20 milyon avrodan artıq maaş tələb edir. Danışıqların irəliləməsinə məhz bu amil mane olur. Razılıq əldə olunacağı təqdirdə, Alaba karyerasını "Bavariya"da bitirmək ehtimalını istisna etmir.
Avstriya millisinin üzvünün adı "Real", "Barselona" və "Mançester Siti" ilə birlikdə hallanır.
Alabanın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
Fanat.Az