"Karyeramı bitirəndən sonra..." - Messi nə vaxt vidalaşır?

"Karyeramı bitirəndən sonra..." - Messi nə vaxt vidalaşır?

PSJ-nin və Argentina millisinin ulduzu Lionel Messi yaxın vaxtlarda karyerasını bitirəcəyinə eyham vurub.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:

"Futbolu sevirəm. Sadəcə, oynamaq və zövq almaq mənim üçün çox şey deməkdir. Ömrüm boyu yalnız futbolla məşğul olmuşam. Əminəm ki, karyeramı bitirəndən sonra həyatım bu oyunla bağlı olacaq. Açığı, bundan sonra uzun müddət oynayacağımı düşünmürəm".

Qeyd edək ki, Messi 7 dəfə "Qızıl top" mükafatını qazanıb. Argentinalı bu mükafata rekord sayda sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər