“Karvan” qayıtdı

“Karvan” qayıtdı

“Karvan” fəaliyyətini bərpa edib. Fanat.az xəbər verir ki, artıq Yevlax klubunun yeni mövsümdə iştirakı dəqiqləşib.

Belə ki, “Karvan” I divizionda çıxış etmək üçün PFL-ə müraciət edib. Komandanı Kənan Kərimov çalışdıracaq.

Qeyd edək ki, “Karvan” 2004-cü ildə yaradılıb. 2004/05 mövsümündə Premyer Liqada üçüncü, ardıncı ikinci pilləni tutan komanda İntertoto Kubokunda və UEFA Kubokunda çıxış edib. Yevlax klubu UEFA Kubokunda mərhələ adlayan ilk Azərbaycan təmsilçisi olub. 2004-2010-cu illərdə Premyer Liqada 6 mövsüm çıxış edən Yevlax təmsilçisi dah iki mövsüm (2010-2012-ci illər) I divizionda təmsil olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər