"Karvan" milli formanı geyinmiş afrikalı ilə güclənir - AÇIQLAMA

"Karvan" milli formanı geyinmiş afrikalı ilə güclənir - AÇIQLAMA

Birinci Liqanın iddialılarından olan "Karvan"  komandası heyətini daha bir legioner transfer edir.

Bu haqda Fanat.Az-a Yevlax təmsilçisinin sözçüsü Bəhruz Musayev məlumat verib.

O, komandanın qabonlu mərkəz  müdafiəçisi ilə  gücləndiyini bildirib:

"Ötən gün komandanın heyətinə yeni futbolçu qoşulub. Bu, qabonlu mərkəz müdafiəçisi Ondo Vensli Makkaşdır. Afrikalı oyunçu baxışdan uğurla keçsə, klubun uğurları üçün çalışacaq. İyirmi yaşlı futbolçu ölkəsinin aşağı yaş qruplarının millisində də forma geyinib".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər