Birinci Liqa klubu "Karvan" legioner transferi edib.
Fanat.Az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabından məlumat yayıb.
Yevlax təmsilçisi heyətini braziliyalı mərkəz hücumçusu Saymon Santos ilə gücləndirib.
Qeyd edək ki, 21 yaşlı Santos bundan əvvəl Litvanın "Minija" klubunda çıxış edib.