Karvaxal "Real"ın çıxışını dəyərləndirdi

Karvaxal "Real"ın çıxışını dəyərləndirdi
"Real"ın müdafiəçisi Daniel Karvaxal komandasının 2020/21 mövsümündəki çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, "Marca"ya (Marka) açıqlamasında belə deyib: 
"İndi üçgündənbir çıxdığımız oyunların hər biri vacibdir. Hə, gördüyünüz kimi, çox önəmli qarşılaşmada Milan "İnter"ini yendik, ardından səfərdə "Valensiya"ya böyük hesabla uduzduq. Məncə, Valensiyada bəxtimiz gətirmədi. Başqa sözlə, bizim günümüz deyildi. Uzun illərdir, burdayam və belə şeylərə adət etmişəm. Digər tərəfdən, hər oyunda qalib gəlmək də olmur. Kənardan böhran içində olduğumuzu deyənlərlə razılaşmıram. Düzdür, müəyyən eniş-yoxuş var. Amma vəziyyət pis deyil. Qələbələr qazanmağa çalışırıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər