Karrager Tuxelin təyinatına qarşı çıxmasının səbəbini izah etdi

Karrager Tuxelin təyinatına qarşı çıxmasının səbəbini izah etdi

"Liverpul"un sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager Tomas Tuxelin İngiltərə millisinə baş məşqçi təyin edilməsinə qarşı çıxmasının səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini jurnalist Deyv Okop öz saytı vasitəsi ilə belə çatdırıb:

"Bu, beynəlxalq futboldur. Söhbət millilərdən gedirsə, burada həmişə "bizim ən yaxşılarımız sizin ən yaxşılarınıza" qarşı oynayırlar. Klub futbolu fərqlidir. İngiltərə Premyer Liqasında müxtəlif millətlərin nümayəndələri olan məşqçilər işləyir. Amma yığma başqadır. Yığma sizin ölkənizdən olanların komandasıdır".

Qeyd edək ki, İngiltərə millisinin baş məşqçi postuna təyinatı rəsmən açıqlanan 51 yaşlı Tuxel 2025-ci ilin yanvarından fəaliyyətə başlayacaq. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər