Karlos Kardoso: "Baş məşqçi mənə etimad göstərsə..."

Karlos Kardoso: "Baş məşqçi mənə etimad göstərsə..."

"Çox təəssüf ki, bir müddət yaşıl meydanlardan kənarda qaldım. Buna görə də son görüşlərdə komandama kömək edə bilmədim". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin müdafiəçisi Karlos Kardoso deyib.

Superkubok matçında kəllə-beyin tramvası aldığından bir müddət oynaya bilməyən brazidliyalı ona dəstək olan hər kəsə təşəkkür edib: "Neftçi"də yetəri qədər səviyyəli futbolçular və eyni zamanda güclü rəqabət var. Sevinirəm ki, mən olmadığım dövrdə komandamız uğurla çıxış etdi və liderlər qrupundakı mövqeyimizi qoruduq. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm". 

Kadoso meydana çıxmağa hazır olduğunu deyib: "Artıq özümü yaxşı hiss edirəm və komanda ilə birgə  məşqlər keçirəm. Ümid edirəm ki, "İnter"lə oyunadək tam hazır olacağam. Əgər baş məşqçi mənə etimad göstərsə, çıxıb oynamağa hazıram".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər