Karlo Ançelottinin yerini bu mütəxəssis tutacaq

Karlo Ançelottinin yerini bu mütəxəssis tutacaq

İspaniya çempionatının son turunda "Real Sosyedad"a uduzan "Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin postunu tərk edəcəyi barədə informasiyalar səngimir.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Sport Bild" yayıb.

Xəbərə görə, artıq italiyalı çalışdırıcını kimin əvəzləyəcəyi də dəqiqləşib. Yazılanlara inansaq, bu, hazırda Leverkuzen "Bayer"ini çalışdıran sabiq "Real"lı - Xabi Alonsodur. Mənbə Alonsonun Almaniya təmsilçisində gördüyü işin "Real" bosslarının ürəyincə olduğunu və ona güvəndiklərini vurğulayıb.

Qeyd edək ki, Alonso ötən ilin oktyabrından "Bayer"in baş məşqçisidir. O komandanın "sükanı arxası"na keçərkən leverkuzenlilər turnir cədvəlinin 17-ci pilləsində idi. İspan mütəxəssisin rəhbərliyi altında avrokubok zonasına qayıdan "Bayer" həm də Avropa Liqasının yarımfinalına yüksəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər