Karlo Ançelottidən yeni uğur

Karlo Ançelottidən yeni uğur

Karlo Ançelotti “Real”da baş məşqçi kimi 197-ci oyununu keçirib.

Fanat.Az xəbər verir ki, 63 yaşlı mütəxəssis bunu La Liqanın 15-ci turunun “Valyadolid”lə (2:0) matçında bacarıb.

İtaliyalı mütəxəssis bu göstəriciyə görə 4-cü sırada qərarlaşan niderlandlı Leo Benhakkerə çatıb.

Madrid təmsilçisində rekordçu 605 qarşılaşma ilə ispaniyalı Migel Munyosdur. Fransalı Zinəddin Zidan (263) ikinci, Visente Del Boske (246) üçüncüdür.

Xatırladaq ki, Ançelotti 2021-ci ilin yayından İspaniya nəhənginə rəhbərlik edir. O, 2013-2015-ci illər aralığında da paytaxt klubunu çalışdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər