Karlo Ançelottidən yeni rekord

Karlo Ançelottidən yeni rekord

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti şəxsi rekordunu yeniləyib.

Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı buna La Liqanın 5-ci turunda səfərdə "Real Sosyedad"la oyunda (2:0) nail olub.

Ançelotti ardıcıl 32-ci dəfə meydanı məğlubiyyətsiz tərk edib. "Kral klubu" Ançelottinin rəhbərliyi altında son yenilgisini bu ilin yanvarında "Atletiko Madrid"dən (2:4) alıb.

65 yaşlı mütəxəssis əvvəlki ən yaxşı məğlubiyyətsizlik seriyasına da 2013/2014 mövsümündə "Real"da çalışarkən imza atıb. Komanda onun rəhbərliyi altında 31 matçda uduzmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər