"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın sabiq ulduzu Kriştianu Ronaldunun sözügedən İspaniya nəhənginə dönəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Twitter" səhifəsində belə yazıb: "Ronaldu "Real"ın əfsanəsidir, onu çox sevirəm. Ancaq heç vaxt bu futbolçunun geri qaytarılmasını planlaşdırmamışam. Biz ancaq irəli baxırıq".
Qeyd edək ki, hazırda "Yuventus"da çıxış edən Ronaldu 2013-2015-ci illərdə Karlo Ançelottinin rəhbərliyi altında "Real"da çıxış edib. 36 yaşlı futbolçunun "Real" karyerası 2009-2018-ci illəri əhatə edir.