Mesut Özilin "Real"dan ayrılması ilə bağlı müzakirələr davam etdir. Fanat.az xəbər verir ki, tərəflərin qarşılıqlı söz duelinə "Kral Klubu"nun baş məşqçisi Karlo Ançelotti də qoşulub.
"İndiyə qədər hər kəs danışdı, mən dinlədim. Sıra məndədi, indi mən danışacam. Eşitdim ki, Mesutun komandadan getməsinin səbəblərindən biri mənim ona inanmamağım olub. O zaman biri mənə desin ki, niyə onu üç matçın ikisində start heyətində meydana buraxmışam. Özil onunla eyni mövqedə oynayan Beyllə İskonun görüncə rəqabətdən qorxub qaçdı. Bu gediş "Real"a təsir etməyəcək. Kluba yaxşı təklif gəldi və Mesut satıldı. Onun gedişi hamını razı salıb" deyə italyan mütəxəssis bildirib.
Fanat.az