Karlo Ançelotti "Everton" camiəsi ilə belə vidalaşdı

Karlo Ançelotti "Everton" camiəsi ilə belə vidalaşdı
"Real"ın baş məşqçi postunda Zinəddin Zidanı əvəzləyən Karlo Ançelotti "Everton"un futbolçularına və fanatlarına müraciət ünvanlayıb.
Fanat.Az xəbər verir ki, Liverpul klubunu Madrid təmsilçisinə dəyişən italiyalı çalışdırıcı "Twitter" hesabında belə yazıb:
"Öz tarixi ənənələri ilə seçilən "Everton"a, futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Bu fantastik komandanı çalışdırmaq imkanım olduğu üçün qürurluyam. Getməyə qərar verməyimin səbəbi yeni çağırış - həmişə ürəyimdə olan Madrid "Real"ıdır".
Bu gün İspaniya nəhəngi Ançelottinin baş məşqçi təyin olunduğunu və 3 illik müqaviləyə imza atdığını açıqlayıb. 
Sözügedən mütəxəssis daha öncə 2013-2015-ci illər aralığında "Real"ı çalışdırıb. O, işləməyə başladığı ilk mövsümdə paytaxt komandasıyla Çempionlar Liqasının qalibi olub. Həmin uğur Madrid klubunun tarixinə ÇL-dəki 10-cu qələbə kimi düşüb.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər