Kapitan "Xəzər Lənkəran"da qalır

Kapitan "Xəzər Lənkəran"da qalır
Rahid Əmirquliyev "Xəzər Lənkəran"da qalacaq. Fanat.az xəbər verir ki, kapitan komandası ilə müqaviləsinin müddətini artıracaq. O, daha iki il "Xəzər Lənkəran"ın formasını geyinəcək.
Qeyd edək ki, Əmirquliyev 2006-cı ildə "Şahdağ"dan "Xəzər Lənkəran"a keçib. Bu müddətdə o, 256 oyun keçirib və 27 qol vurub. Millimizin üzvü Lənkəran klubu ilə Azərbaycan çempionluğunu (2006/07), kubokunu (2006/07, 2007/08, 2010/11), Super Kubokunu (2013) və "Birlik Kuboku"nu (2008) qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər