Rusiya millisinin italyan çalışdırıcısı Fabio Kapello SE TV-də efirə gedən “Tunelin sonunda” verilişinin aparıcısı Yevgeni Dziçkovskinin qonağı olub. Fanat.az xəbər verir ki, mütəxəssis millimizlə oyundan da danışıb Vaqif Cavadovun vurduğu qolu yada salıb:
“Seçmə mərhələdə çox qol vurduq və F qrupundakı mübarizəni birinci yerdə bitirdik. Azərbaycanla oyunun son dəqiqələrində top buraxmağımız yaxşı olmadı. Yeri gəlmişkən, həmin qolun ofsayddan vurulduğunu hamı gördü. Bakıda hisrslənib futbolçuları söymüşdüm? İnanın ki, buraxdığımız qol məni özümdən çıxara bilməz. Hirslənməyim heç də buna görə deyildi. Sadəcə, futbolçular bizim məşqlərdə üzərində işlədiklərimizi yerinə yetirmədilər. Ümumiyyətlə, hesab etmirəm ki, qarşılaşma çox pis alındı. Biz kifayət qədər vəziyyət yaratdıq və matçın lap sonunda qol buraxdıq. Üstəlik, yan xətt hakimi ofsaydı qeydə almadı ki, bu da mənim üçün qaranlıq qaldı. Bununla belə, öz oyunçularıma bəraət qazandırmaq fikrim yoxdu. Nəticə nəticədi... Ümumiyyətlə, məğlubiyyətdən sonra hirslənməkdənsə, qələbədən sonra bunu etmək daha yaxşıdı”.
Qeyd edək ki, oktyabrın 15-də Bakıda baş tutan oyunda millimiz Rusiya yığması ilə bərabərə qalıb – 1:1.
Fanat.az