Rusiya yığmasının baş məşqçisi Fabio Kapello yerli Futbol İttifaqı ilə arasında olan müqaviləni birtərəfli qaydada pozmaq haqda düşünür. Fanat.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 1-dək Rusiya Futbol İttifaqı (RFİ) italyan mütəxəssisə olan borcunu ödəməzsə, Kapello müqaviləyə xitam verəcək.
RFİ prezidenti Nikolay Tolstıx maliyyə mənbəyi axtardığını bəyan etsə də, Kapello və köməkçiləri hələ ki, bunun bəhrəsini görmürlər.
Qeyd edək ki, artıq 3 aydır ki, Rusiya yığmasının məşqçilər heyəti məvaciblərini ala bilmirlər.
Fanat.az