Kanselu İspaniya nəhənginə keçir - Danışıqlar başladı

Kanselu İspaniya nəhənginə keçir - Danışıqlar başladı

Ötən mövsümün ikinci yarısını icarə əsasında "Bayern Münhen"də keçirən "Mançester Siti"nin müdafiəçisi Joau Kanselu kayerasını İspaniyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Record" yayıb.

Xəbərə görə, portuqaliyalı futbolçu "Barselona"ya keçə bilər. Kataloniyalıların baş məşqçisi Xavi şəxsən portuqaliyalı müdafiəçinin xidmətində maraqlıdır. Klub və oyunçu mümkün transferlə bağlı danışıqlara başlayıblar.

Böyük ehtimalla, Kanselu “Barselona”ya icarə əsasında yollanacaq ki, klub maliyyə “Fair Play”dən kənara çıxmasın.

Qeyd edək ki, 29 yaşlı Kanselu qışda qoşulduğu Almaniya nəhəngində 21 matça çıxaraq 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər