Kannavaro "Dinamo"nu çalışdırmağa ən real namizəddir

Kannavaro "Dinamo"nu çalışdırmağa ən real namizəddir

İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro Zaqreb "Dinamo"sunun baş məşqçisi olmağa ən real namizəddir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə "Dinamo"nun indiki baş məşqçisi Nenad Byelitsa qovulacağı halda, onun yerini məhz "Real Madrid"in keçmiş futbolçusunun tutacağını vurğulayıb.

Qeyd edək ki, 18 matça 29 xal toplayan paytaxt komandası hazırda Xorvatiya çempionatının turnir cədvəlində 3-cü pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər