Kannavaro harada işləmək istədiyini dedi: "Bir neçə təklifi geri çevirmişəm"

Kannavaro harada işləmək istədiyini dedi: "Bir neçə təklifi geri çevirmişəm"

2006-cı ildə "Qızıl top" mükafatını qazanan Fabio Kannavaro harada işləmək istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, jurnalist Alfredo Pedullanın saytı dünya çempionunun sözlərini belə çatdırıb:

"Son həftələrdə xarixi klublardan aldığım bir neçə təklifi geri çevirmişəm. İtaliyada qalmaq, "Udineze"də topladığım təcrübədən sonra başqa A Seriyası təmsilçisini çalışdırmaq istəyirəm".

Qeyd edək ki, Çinin "Quançjou" komandası ilə ölkə çempionu adını qazanan Kannavaronun son iş yeri "Yuventus" olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər