Kanallarımız Mahirlə Antona görə Polşa çempionatını yayımlayacaq?

Kanallarımız Mahirlə Antona görə Polşa çempionatını yayımlayacaq?

Bu ildən Polşa Ekstraklassasında milli komandamızın iki üzvü çıxış edir. Mahir Emreli və Anton Krivotsyukun oyunlarına maraq böyükdür. Bəs telekanallarımız necə, onların iştirakı ilə keçirilən Polşa çempionatının oyunlarını yayımlamaq istəmir? Fanat.Az saytı ölkənin hər iki idman kanalı – "CBC Sport” və "İdman tv”nin rəhbər şəxsləri ilə əlaqə saxlayaraq bunun mümkünlüyü ilə maraqlanıb. "İdman TV”-nin direktoru Rövşən Binnətli və "CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovun cavablarını diqqətinizə çatdırırıq. Şəmsəddin Abbasov: "Əvvəlcə onu deyim ki, vaxtilə Kamran Ağayev və Emin Mahmudov "Boavişta”da çıxış edəndə biz bu təcrübədən yararlanmışdıq, yəni Portuqaliya çempionatını yayımlamışdıq. Yəqin mənimlə razılaşarsız ki, Polşa çempionatı Portuqaliya çempionatının yerini vermir. Üstəlik, 6 aydan sonra klubdan ayrıldılar, yarışa maraq azaldı.

 

Kanallarımız Mahirlə Antona görə Polşa çempionatını yayımlayacaq?

Açığı, biz hələ danışıqlara başlamamışıq. Yəqin ki, bir müddət sonra bu məsələyə baxıla bilər. "CBC Sport”un hazırkı yayın cədvəli zəngindir. Yaxın 3 il üçün Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasını götürmüşük. Bundan başqa, İspaniya, İtaliya və Azərbaycan çempionatlarını da göstəririk. Sual yaranır ki, bu cür sıx qrafikə Ekstraklassanın oyunlarını da sığışdıra bilərik, ya yox? Ona görə indi bu barədə dəqiq bir söz deyə bilmərəm”.

 

Kanallarımız Mahirlə Antona görə Polşa çempionatını yayımlayacaq? Rövşən Binnətli: "Tərəfimizdən belə addım atılması Azərbaycan futbolunda populyarlığın artmasına, gənc futbolçuların xaricə üz tutmasına yardım göstərə bilər. Məsələn, "CBC Sport” bir müddət əvvəl Kamran Ağayevə görə Portuqaliya çempionatını yayımlayırdı. Ancaq son illərin təcrübəsi göstərir ki, bizim futbolçuların legioner həyatı qısamüddətli olur. Gedib bir müddət oynadıqdan sonra geri qayıdırlar. Bu davamlı xarakter alarsa, futbolçularımız müntəzəm oynayıb klubunda möhkəmlənərsə, vəziyyət dəyişə bilər. Belədə istər-istəməz sosial tələbat yaranacaq. İndiki halda hələki istər azarkeşlər arasında, istərsə də bizdə inamsızlıq var. Yayın hüququnu alanda təkcə bir komanda ilə kifaytlənə bilməzsən, bütöv çempionatı götürməlisən. Bütün tamaşaçı üçün Polşa çempionatının nə qədərsə maraqlı olduğunu düşünmürəm. Bir futbolçu üçün bu qədər xərci, bu qədər əziyyəti o vaxt çəkərsən ki, o, klubunda müntəzəm çıxış etsin”. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər