Kanadalı hücumçu İtaliya yolunda - Meneceri bu iki klubun rəhbərliyi ilə görüşdü

Kanadalı hücumçu İtaliya yolunda - Meneceri bu iki klubun rəhbərliyi ilə görüşdü

Fransa Liqa 1-də məhsuldar oyun nümayiş etdirən kanadalı forvard Conatan Devid müxtəlif top-klubların transfer hədəfinə düşüb.

Fanat.Az tanınmış insayder Nikola Skiraya istinadən xəbər verir ki, bu yay klubunu dəyişəcək “Lill”in hücumçusu karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Kanadalının agenti artıq İtaliyadadır və son saatlarda "Milan" və "İnter" ilə danışıqlar aparıb. Hər iki klub "Lill"in hücumçusu ilə maraqlandığını bildirib. 

Onu da əlavə edək ki, Conatan Devid bu mövsüm 39 oyuna çıxıb, 23 qol vurub, 7 məhsuldar ötürmə edib. "Transfermarkt"-ın məlumatına görə, futbolçunun transfer dəyəri 50 milyon avrodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər