Kanada millisinin üzvü "Real"a bu şərtlə keçəcək

Kanada millisinin üzvü "Real"a bu şərtlə keçəcək

"Bayern Münhen"in və Kanada millisinin müdafiəçisi Alfonso Devis klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

"Real Madrid" 22 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdır. Ancaq "kral" klubu" kanadalını aşağı qiymətə almaq üçün bir qədər gözləmək niyyətindədir. Alfonsonun "Bayern"lə hazırkı müqaviləsi 2025-ci ildə başa çatır. "Real" Devisin müqavilənin başa çatmasına bir il qalmış, futbolçunun qiyməti əhəmiyyətli dərəcədə azaldığı zaman ona təklif verəcək.

"Transfermarkt" portalı müdafiəçinin dəyərini 70 milyon avro qiymətləndirir.

Devis bu mövsüm Bundesliqada 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər