Kamran “Xəzər Lənkəran”dan getdi

Kamran “Xəzər Lənkəran”dan getdi
Qış fasiləsində klub rəhbərliyinin qərarı ilə əvəzedici heyətə göndərilən “Xəzər Lənkəran”ın gənc müdafiəçisi Kamran Abdullazadə “ağ-yaşıl” forma ilə dünən son matçına çıxıb.
Abdullazadə əvəzedicilərin heyətində “Rəvan”la oyunda meydanda olub və oyundan sonra komandadan gedəcəyini bildirib. Kamranın mövsümün sonunda “Xəzər Lənkəran”la müqaviləsi başa çatır və futbolçu azad agent statusu alaraq istədiyi komandaya keçə biləcək.
Futbolçunun sosial şəbəkədə paylaşdığı həmin statusu təqdim edirik: 
“Bu gün “Xəzər Lənkəran”da axırıncı oyunuma çıxdım. Bütün “Xəzər Lənkəran” azarkeşləri “çox sağolun” deyirəm. Allah hamınızdan razı olsun. Azarkeşlərimizi unutmaq mümkün deyil. Haqqınızı halal edin. Nə vaxtsa “Xəzər Lənkəran”a qayıtaq ümidi ilə...” (“Qafqazinfo”)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər