Kamran Ağayevlə Rəşad Sadıqov dopinq testə cəlb olundu

Kamran Ağayevlə Rəşad Sadıqov dopinq testə cəlb olundu

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşan milli komandamız 1:0 hesablı qələbə qazanıb. Fanat.Az xəbər verir ki, matçdakı yeganə qolu Maksim Medvedev vurub.

 

Oyun başa çatdıqdan sonra komandamızın oyunçuları – qapıçı Kamran Ağayev, kapitan Rəşad Sadıqov və qolun müəllifi Maksim Medvedev dopinq testə cəlb edilib.

 

Qeyd edək ki, adətən qarşılaşmanın ən yaxşı oyunçuları belə testdən keçirlər. (apasport.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər