Türkiyə Super Liqasına vəsiqə qazanan ilk komanda bəlli olub. Fanat.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" klubu gələcək mövsüm Cuper Liqada oynamaq hüququ əldə edib.
Bu, Türkiyə birinci liqasının 31-ci turunda "Adana Dəmirspor"un evdə "Samsunspor"la 0:0 bərabərə qalmasından sonra rəsmiləşib. Sona üç tur qalmış ən yaxın izləyiciləri "Osmanlıspor" və "Adana Dəmirspor"u müvafiq olaraq 6 və 7 xal qabaqlayan Kayseri təmsilçisi birbaşa Super Liqaya vəsiqə verən ilk iki pillədən birini özü üçün təmin edib.
"Osmanlıspor" və "Adana Dəmirspor"un gələn həftə bir-biri ilə üz-üzə gəlməsi "Kayserispor"un vaxtından əvvəl Super Liqaya vəsiqə qazanmasına şərait yaradıb.
Qeyd edək ki, "Kayserispor" bir mövsüm fasilənin ardından yenidən Super Liqaya qayıdıb.
Fanat.az