Kamran Ağayev millidən imtina etdi

Kamran Ağayev millidən imtina etdi

İyunun 30-dan iyulun 16-dək Azərbaycanda keçiriləcək hərbçilərin dünya çempionatına iştirak edəcək milli komandamız “Neftçi”nin köhnə bazasında hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Nazim Süleymanov hazırlığın ilk günlərində futbolçuların fiziki hazırlığının yaxşılaşdırılmasına çalışır. Fiziki məşqlərin tərkib hissəsi kimi dəniz kənarında kross qaçışları da təşkil olunur. Lakin Süleymanov heç də bütün futbolçuları bir araya gətirə bilmir. Kənarda qalanlardan biri də əsas yığmanın qapıçısı Kamran Ağayevdi. Ağayev dəvətlə düşərgəyə təşrif buyursa da, əsas yığmadan yeni qayıtdığını, həmçinin, dizində problem olduğunu əsas gətirərək, məşqlərə qatılmayıb. Başqa sözlə, Süleymanovdan icazə alaraq, aradan çıxıb. Əldə etdiyimiz digər məlumata görə isə, Kamran Ağayevin heç bir zədəsi yoxdu. O, sadəcə “Bakı”nın yeni mövsüm öncəsi toplanışı ərəfəsində istirahət etmək üçün yığmadan imtina edib.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər