Kamerun dünya çempionatında

Kamerun dünya çempionatında
Bu gün dünya çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Braziliyada təşkil olunacaq mundiala növbəti bileti Afrika təmsilçisi əldə edib.
"Qara qitə"də keçirilən "play-off" matçında Kamerunla Tunis üz-üzə gəlib. Bu komandalar arasında ilk matç 0:0 hesabı ilə başa çatmışdı. Bu dəfə isə Kamerun 4:1 hesablı qələbə qazanaraq dünya çempionatına vəsiqə qazanan 24-cü komanda olub.
Qeyd edək ki, bundan əvvəl dünya çempionatına 23 komanda vəsiqə qazanmışdı: Braziliya (meydan sahibi), ABŞ, Kosta-Rika, Honduras (Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi), İran, Cənubi Koreya, Yaponiya, Avstraliya (Asiya), Argentina, Kolumbiya, Çili, Ekvador (Cənubi Amerika), Nigeriya, Kot`D-İvuar (Afrika), Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, İngiltərə, İspaniya (Avropa).
DÇ-2014
Seçmə mərhələ
Play-off
17 noyabr
Kamerun - Tunis 4:1
Qollar: Pierre Vebo, 4. Benjamin Moukanco, 30. Jean Makoun, 66; 84 - Ahmed Akaiçi, 51.
İlk oyun - 0:0.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər