Kamavinqanın "Real"dakı gələcəyinin necə olacağı bilindi

Kamavinqanın "Real"dakı gələcəyinin necə olacağı bilindi

Tanınmış insayder Fabritsio Romano "Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqanın "Kral klubu"ndakı aqibətinin necə olacağını açıqlayıb.

Fanat.Az xəbər verir ki, Romano sosial şəbəkə hesablarında sözügedən oyunçunun İspaniya nəhəngi ilə yeni müqavilə imzaladığını bildirib.

Yeni anlaşmanın müddətinin 2028-ci ilə qədər nəzərdə tutulduğu vurğulanıb. Kamavinqa üçün müəyyənləşdirilən sərbəstqalma məbləği də diqqətə çatdırılıb - 1 milyard avro.

Qeyd edək ki, Kamavinqa "Real"a 2021-ci ildə, 31 milyon avro qarşılığında transfer olunub. İndiyədək Madrid təmsilçisində bütün turnirlərdə 110 matça çıxan Eduardo 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər