Kamal Bayramov Türkiyə klubunun düşərgəsində

Kamal Bayramov Türkiyə klubunun düşərgəsində
Kamal Bayramovun karyerasını Türkiyədə davam etdirmək imkanı yaranıb. Fanat.az xəöər verir ki, 29 yaşlı qapıçının xidmətində bu il Türkiyənin PTT 1-ci liqasına vəsiqə qazanmış və iddialı yerlər uğrunda mübarizə aparmağı hədəfləyən “Giresunspor” maraqlıdı. 
Artıq tərəflər arasında danışıqlar pik səviyyəyə çatıb. Hətta Kamal Bayramov Türkiyəyə, klubun bazası və şəraiti ilə tanış olmağa dəvət olunub. İki gün Türkiyədə olan Kamal klubun bazasını gəzib və yüksək təəssüratla oradan ayrılıb.
Türkiyədə oynamağa razı olan Bayramov hazırda müqavilə ilə “Rəvan”a məxsusdu. Bu mənada keçidə “Rəvan” da razılıq verməlidi.
Kamal Bayramov özü açıqlamasında xəbəri təsdiqləyib: "Mənim ölkə xaricindən həmişə dəvətlərim olub. Bundan öncə İranda oynamaq şansım var idi. Amma son anda “Rəvan”ı seçdim. Burada yaxşı rəhbərlik və məşqçilər korpusu ilə işlədik. Azərbaycan Kubokunda müəyyən uğurlar qazandıq. Amma elitada qalmağı bacarmadıq. “Rəvan” cari mövsümdə birinci divizionda yarışacaq. Mən istəyirəm ki, “Rəvan” daha çox gənc futbolçulara üstünlük versin. Giresun klubundan təklif gələn kimi mən “Rəvan” rəhbərliyi ilə danışdım. Ümidvaram və əminəm ki, “Rəvan” rəhbərliyi mənim Türkiyədə oynamağıma yardım edəcək. Mən orada həm “Rəvan”ı, həm də Azərbaycanı təmsil edəcəyəm”.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər