Kalabriya "Bolonya"dan ayrılmaq istəmir

Kalabriya "Bolonya"dan ayrılmaq istəmir

Davide Kalabriya icarə əsasında formasını geyindiyi “Bolonya”dan ayrılmaq barədə düşünmür.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, müdafiəçi müqavilə ilə məxsus olduğu “Milan”a dönməyi arzulamır:

“Bolonya”da özümü çox xoşbəxt sayıram. Burada qalmaq istəyirəm. İtaliya Kubokunu qazanacağımıza və Çempionlar Liqasında oynamaq hüququ əldə edəcəyimizə ümidliyəm.

Bu qış “Milan”da qala bilərdim, amma "Bolonya" məni israrla istədi. Vinçentso İtalyano əla baş məşqçidir. O, komandada gözəl mühit yaradıb. Belə ab-havanı Stefano Pioli ilə A Seriyasının qalibi olarkən görmüşdüm”.

Xatırladaq ki, fevralda icarəyə verilən Kalabriyanın “Milan”la müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər