Kaka qonaqlıq verdi

Kaka qonaqlıq verdi

"Real"ın futbolçusu Kaka İspaniya kubokunun finalında "Atletiko" ilə oyun öncəsi komanda yoldaşlarını evinə dəvət edib.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, Dieqo Lopes, Karvalyo, Xabi Alonso, Raul Albiol braziliyalı yarımmüdafiəçinin təklifini qəbul edərək onun təşkil etdiyi qonaqlığa gəliblər. 

Futbolçuların birlikdə olması komanda arasında dostluqların heç də bitmədiyini göstərib. Lakin evlərinin yaxın olmasına baxmayaraq, "Real"ın baş məşqçisi Joze Mourinyo qonaqlıqda görülməyib.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər