Kadinin klubunda ayrılıq

Kadinin klubunda ayrılıq

"Krasnodar"ın hücumçusu İrakli Manelov karyerasını Tula "Arsenal"ında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə krasnodarlıların mətbuat xidməti açıqlama yayıb.

Məlumatda onun cari mövsümün sonuna kimi Tula klubunda icarə əsasında çıxış edəcəyi bildirilib. 

İrakli Manelov Krasnodar Akademiyasının məzunudur. O, 2021-ci ilin sentyabrında əsas kokandada debüt edib. Ümumilikdə, hücumçu klubda keçirdiyi 24 matçda cəmi bir qol vurub və iki məhsuldar ötürmə verib. Onun "Krasnodar"la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu Kadi Borges bu qış Ağdam klubunu məhz "Krasnodar"a dəyişib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər