"Xəzər Lənkəran"ın şərəfini qoruyan Junior Nildo komandadan uzaqlaşdırılıb. Fanat.az xəbər verir ki, bu barədə aut.az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu açıqlama verib.
Cəbrayıloğlu Nildonun yalnız əsas komandadan uzaqlaşdırıldığını bildirib. Oğuz Çətinin futbolçu ilə probleminin olduğunu nəzərə alsaq, Nildo transfer pəncərəsi bitənə qədər özünə yeni komanda tapacağı təqdirdə, "Xəzər Lənkəran"ın onu komandadan göndərəcəyini demək olar.
Qeyd edək ki, AZAL-dan Lənkəran klubuna transfer olunan Nildonun hazırkı komandası ilə olan müqavilə müddəti bu ilin dekabrında başa çatacaq.