Juninyonun növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

Juninyonun növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

"Qarabağ"ın hücumçusu Juninyonun növbəti mövsümə harada başlayacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, braziliyalı hücumçunu bir neçə klub istəsə də, rəhbərlik onu satmamağı uyğun sayıb.

Tərəflər bugünlərdə məsələni bir daha müzakirə ediblər və Ağdam təmsilçisi ilə müqaviləsi olan Juninyo satılmayacağı barədə məlumatlandırılıb.

Qeyd edək ki, ötən ilin yayında Portuqaliyanın "Şaveş" klubundan alınan Juninyonun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər