"Sevilya"nın mərkəz müdafiəçisi Jül Kunde iş yerini dəyişməyə yaxındır.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, Avropanın bir neçə top-klubundan təklif alan Kunde karyerasını yalnız "Barselona"da davam etdirmək istəyindədir.
Mənbə sözügedən futbolçunun Kataloniya təmsilçisinə keçmək üçün maddi cəhətdən daha sərfəli təklifləri geri çevirdiyini açıqlayıb. Tərəflərin danışıqları intensivləşdirdiyi və xüsusi nəsə baş verməsə, fransalı oyunçunun məhz "Barselona"nın formasını geyinəcəyi vurğulanıb.
Qeyd edək ki, Jül Kunde 2019-cu ildən "Sevilya"dadır. "Transfermarkt" portalı onun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Nihat