Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində Monteneqro millisinə 3:2hesabıyla qalib gəldikləri matçdan sonra brifinq keçirib.
Fanat.Az xəbər verir ki, braziliyalı çalışdırıcı belə başlayıb: "Turnirdə qorxduğum amilə dünənki oyundan sonra toxunmuşdum. Bu gün məhz bununla rastlaşdım. Gördüm ki, komandamız meydana az konsentrasiya ilə çıxıb. Bu, ilk hissədə göründü. Çox pis oynadıq. Çoxdandı millimizdən belə pis oyungörməmişdim. Birinci yarıda oyun nizam-intizamı, konsentrasiyası yox idi. Ancaq ikinci hissədə vəziyyəti dəyişdik, rəqibə ciddi yanaşdıq və nəticədə meydanda fərqli komanda vardı. Monteneqro yığması zəif deyildi. Oyunçularımıza da bildirmişdim ki, çətin qarşılaşma olacaq. Ola bilər ki, yetirmələrim rəqibə zəif gözü ilə baxdılar. Bəzən oyunda belə fərqlilik olur. Burda psixoloji məqam vacibdi. Yəni evdə çıxış edəndə asan da ola bilər, çətinliklə də üzləşə bilərsən. Ən vacibiodur ki ki, bu gün qələbə qazandıq və elit-raunda mərhələyə vəsiqəni təmin etdik".
Əcnəbi mütəxəssis son turda görüşəcəyimiz Slovakiya yığması ilə şansların bərabər olduğunu söyləyib: "Şansları bərabər sayıram. Slovakiya yığması da yaxşı komandadı. Ümumiyyətlə, bütün rəqiblərə hörmət edirəm. Slovaklar güclü rəqib olsalar da, bizim 1-ci yeri tutmağa böyük şansımız var. Son matça ciddi hazırlaşacağıq. Bizə o mənada asan olacaq ki, oyunçularımız rəqibi yaxşı tanıyır, necə oynadığını görüb. Slovakiya yığmasının çox oyununa baxmışıq. Ancaq bu dəfə tam fərqli qarşılaşma olacaq. Fikrimcə, komandam belə həlledici görüşə asanlıqla köklənəcək. Əlbəttə, hər bir nəticə qeydə alına bilər. Ancaq evdə çıxış etdiyimizə görə də şansımız daha çox olmalıdı. Bu iki matçda səliqəli oynadıq ki, Slovakiya ilə görüşdə cəzalı duruma düşən oyunçumuz olmasın. İlk matçda qırmızı vərəəq alan İsa Atayev də cəzasını bitirərək sıraya qayıdır. Tam heyətlə tam hazır olacağıq. 1-ci yeri tutmaq üçün oynayacağıq".
Slovakiyaya topların daha yaxşı fərqinə görə qrup mübarizəsini 1-ci yerdə bitirmək üçün təmsilçimizlə keçirəcəyi görüşdə heç-heçə də bəs edir. Alesio bu amilin rəqibin şanslarını artırmasıyla razılaşır: "Onlar bu top fərqinə iki matçda nail olublar. Bizdən çox qol vurublar. Ancaq həmişə qələbəyə oynayırıq, Ona görə də istənilən halda heç-heçə üçün oynamayacağıq. Məncə, Slovakiya da 1 xala oynamayacaq. Biz də zəif rəqib deyilik. Ona görə son turda Slovakiyaya da çətin olacaq".
Xatırladaq ki, Azərbaycan - Slovakiya matçı oktyabrın 26-da saat 20:55-də keçiriləcək.
Fanat.Az