Jotanın xatirəsi belə yad ediləcək

Jotanın xatirəsi belə yad ediləcək

İngiltərə Premyer Liqasında (İPL) yeni mövsümün ilk turunun oyunlarından öncə "Liverpul"un mərhum futbolçusu Dioqu Jota və onun qardaşı Andre Silvanın xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Fanat.Az xəbər verir ki, məlumatı BBC yayıb.

Bütün futbolçular meydana qara sarğı ilə çıxacaqlar. Stadionlardakı böyük ekranlarda vida mesajları və şəkillər nümayiş etdiriləcək.

İPL-in ilk turunun görüşləri 15-18 avqust aralığında reallaşacaq.

Qeyd edək ki, 28 yaşlı Jota və qardaşı iyulun 3-də avtomobil qəzasında həlak olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər