"Arsenal"ın yarımmüdafiəçisi Jorjinyo növbəti mövsümə İspaniya nəhəngində başlamaqda qərarlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Xəbərə görə, bu ilin yayında "topçular"la müqaviləsinin müddəti başa çatacaq orta xətt oyunçusu onu sıralarına cəlb etmək istəyən "Barselona"ya qoşulmaq niyyətindədir. Mənbə Kataloniya təmsilçisinin idman direktoru Dekunun İtaliya millisinin Braziliya əsilli futbolçusunun çıxışını bəyəndiyini vurğulayıb.
Qeyd edək ki, daha öncə Jorjinyonun agenti müştərisinin əsas hədəfinin "Arsenal"da qalmaq olduğunu açıqlamışdı.
Nihat