Jirudan ayrılıq qərarı - RƏSMİ

Jirudan ayrılıq qərarı - RƏSMİ

“Milan”ın futbolçusu Olivye Jiru bu mövsümün sonunda İtaliya təmsilçisindən ayrılacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun saytına danışan fransalı forvard xəbəri təsdiqləyib.   37 yaşlı hücumçu bu barədə belə deyib: “Bildirmək istərdim ki, qarşıdakı iki matç mənim “Milan”da sonuncu oyunlarım olacaq. Karyeramı MLS-də davam etdirəcəyəm. Burada keçirdiyim üç mövsümdə əldə etdiyim hər şeylə fəxr edirəm. “Milan”dakı hekayəm bu il başa çatır, lakin klub həmişə ürəyimdə qalacaq”.

Xatırladaq ki, daha əvvəl Olivyenin “Los-Anceles”lə 2025-ci ilə qədər müqavilə imzalamağa razı olduğu haqda məlumat yayılmışdı. Fransız futbolçu 2021-ci ilin yayından “Milan”da çıxış edir. Onun klubla müqaviləsi bu mövsümün sonuna kimidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər