Jiqo Fransanı Türkiyəyə dəyişdi - Klublar razılığa gəldi

Jiqo Fransanı Türkiyəyə dəyişdi - Klublar razılığa gəldi

"Olimpik Marsel"in mərkəz müdafiəçisi Samuel Jiqo karyerasını Türkiyədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə "La Provence" məlumat yayıb.

Xəbərə görə, Fransa klubu ilə "Trabzonspor" onun transferi ilə bağlı razılığa gəlib.

Müqavilə 3,8 milyon avro + bonuslar dəyərində qiymətləndirilir. İndi yalnız Jiqonun özü ilə razılığa gəlmək qalır. Futbolçuya 2027-ci ilin iyununa qədər müddətə müqavilə təklif olunur.

Jiqo 2022-ci ilin yanvarında "Olimpik Marsel"ə keçən 30 yaşlı futbolçu ötən mövsüm 33 oyun keçirib və 3 qol vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər