Nihat AğasoyFutbolda ilk addımlarını Vaqif Paşayevin rəhbərliyi altında atan, Moskva ÇSKA-sında “idmanın şahı”nın sirlərinə yiyələnən, “Qarabağ”da parlayıb “Tvente”yə yollanan Vaqif Cavadovun “Bakı” və “Volqa” karyerasından da xəbərdarsız. Ən yaxşı günlərini keçirdiyi Ağdam təmsilçisini tərk edib “zanbaqlar ölkəsi”nə yollandığı dönəmi xatırlayanda, həmin vaxtdan bu günə qədər ötən günlərə təəssüflənməmək olmur.Əslində, Vaqif Enshede klubunda istəyinə çatmayandan sonra futbol müstəvisindən silinmədi. Sadəcə büdrəyib ayağa qalxdı, pis-yaxşı legioner həyatı yaşadı, Rusiya premyer-liqasında mübarizə aparan Nijni Novqorod təmsilçisinin formasını geydi. Neçə illərdi, samballı maliyyə imkanlarına rəğmən, gerçək uğurun nə olduğunu bilməyən “Bakı”dakı çıxışına gəlincə, bəlli izdivacın gözləniləndən effektsiz alınmasına görə yalnız futbolçunu qınamaq absurddu. Baş məşqçiləri əlcək kimi dəyişən “şəhərlilər” Vaqifsiz nə etmişdi ki? Və ya milli üzvüylə yollar ayrılandan bəri paytaxt təmsilçisi komanda olaraq, Biləcəridən o tərəfdə sözünü deyə bilibmi? Bəli, oyunçunun seçimi səhv idi və o, Hollandiya klubunda Stiv Maklareni əvəzləyən Mişel Prüdomun süzgəcindən keçmədiyini anlayınca, “Bakı”ya keçməməli, “köhlən atlar”ın sıralarına dönməli idi. Nə yazıq ki, yuvaya gecikmiş dönüş də ağdamlı tərəfdarların ürəyini qürurla doldurmadı…Keçənə güzəşt deyərlər… Bu gün Cavadov Avroliqada bir dəfə “sillələdiyi” Skopye “Metallurq”unun dərsini yenidən verməyə hazırlaşan “Qarabağ”ın yox, “İnter”in heyətindədi. O, yeni komandasıyla hazırlıq keçib və iyulun 4-də yerli publika önündə Finlandiya “Maryehamn”ına qarşı top qovacaq. Bölgə klubuyla gözlənilmədən yolları ayıran ön xətt oyunçusunun “bankirlər”lə anlaşmasını düzgün addım saymalıyıq. Sirr deyil ki, Vaqa ona yaxşı yol arzulayan ağdamlıları pula görə “ağ-göylər”ə dəyişməyib. “İnter”in büdcə baxımından “Qarabağ”ı üstələdiyini düşünməyə belə dəyməz. Kaxaber Tsxadadze yaxşı tanıdığı, oyununu dəfələrlə izlədiyi futbolçuya kapitan sarğısını verməklə, olduqca maraqlı gedişə qol qoyub.Orta səviyyəli futbolçulardan çempionluğa oynayan kollektiv formalaşdıran gürcü təcrübəli psixoloqlara xas qərarla istedadlı oyunçunun özünü yenidən sübut etməsinə şərait yaradıb. Sarğı istənilən oyunçuya məsuliyyət hissi aşılayır və baş məşqçinin “mən sənə hamıdan çox güvənirəm” jestini birbaşa çatdırır. Sürəti, meydanda improvizasiya bacarığı ilə seçilən Vaqif üçün bu güvən çox vacib idi. Bəziləri Akucavanın “tükəndiyini”, bir daha əvvəlki səviyyədə futbol oynaya bilməyəcəyini iddia edir. Belələrinin yanıldığına əminəm.Cavadov bu gün də Azərbaycanın ən istedadlı oyunçularından biridi və onun ağ-göy futbolkada yeni inkişaf mərhələsinə qovuşmaq şansı çoxdu. Azərbaycana gəlib-getmiş ən səviyyəli mütəxəssislərdən sayılan Tsxadadze Vaqifin driblinqlərini “yonmalı”, düşünmə sürətini “itiləməli”, eyni zamanda, güvəndiyi sistem çərçivəsində sözügedən futbolçunu sıraviləşməkdən qorumalıdı. Cavadovlar nəslinin istedadlı nümayəndəsinin mühiti dəyişməsi həlledici məqamdı. Gürcü çalışdırıcının futbol fəlsəfəsinə uyğunlaşmaq isə, məntiqlə, ciddi çətinlik yaratmamalıdı. Çalışqanlıq hesabına “İnter”in əsas heyət üzvünə çevrilənlərin nə dərəcədə “artırdığına” şahidlik etmişik. Daşdəmirovlar, zərgərovlar və başqaları göz önündədi. Təbii, “əsgərlər” həmişə lazımdı. Önəmli matçlara hazırlaşan komandaları döyüşə gedən tağıma bənzətmək yerinə düşər.Məsul Avropa oyunları ərəfəsində yerli, hücumameyilli kapitanın isə qarşısında iki böyük hədəf var: ümidləri doğruldub “İnter”ə faydalı olmaq və ağzıgöyçəklərə “tükənmədiyini” göstərmək! Uğurlar, Cavadov!“Futbol+”
Jest
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"