Jaba yenidən 3 illik fasildən sonra Azərbaycan çempionatına qayıdıb. Fanat.az xəbər verir ki, bir neçə gün əvvəl "Bakı"ya qayıdan braziliyalı bu gün debüt edib.
O, AZAL-la oyunun start heyətində yer alıb. Jaba əvvəlki kimi meydana 85 nömrəli formada çıxıb.
Qeyd edək ki, Jaba 2009-2011-ci illərdə "Bakı"da çıxış edib (75 oyun, 22 qol). Braziliyalı forvard ölkəmizdə son oyununu 2011-ci ilin 21 dekabrında "Xəzər Lənkəran"a qarşı keçirmişdi. Həmin matçın start heyətində yer alan futbolçu 59-cu dəqiqədə indi "Qaziantep BB"də çıxış edən Rəhman Hacıyev tərəfindən əvəzlənmişdi.
Fanat.az