"Çiynimizdə ağır yük var" - "Makkabi"nin baş məşqçisi

"Çiynimizdə ağır yük var" - "Makkabi"nin baş məşqçisi

İsrailin “Makkabi” (Hayfa) klubunun baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu barədə açıqlama verib. 

Fanat.Az xəbər verir ki, o, “One” nəşrinə  açıqlamasında Konfrans Liqasında qrup mərhələsinə yüksəlmək istədiklərini deyib:

“Çiyinlərimizdə ağır yük var. Cümə axşamı vəzifəmizi tamamlayıb, qrup mərhələsinə yüksəlməliyik. Bu mövsüm oyunlarımız çoxdur. Ümid edirəm ki, Avropada daha irəli gedə, qrup mərhələsində oynaya biləcəyik. Yaxşı heyətimiz var və bu oyunçular onlara etibar edə biləcəyimi göstərdilər. İnanıram ki, vəzifəmizi öz evimizdə tamamlayacağıq”.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Makkabi" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş 3:3 hesabı ilə bitib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər