Çixradze və Oğuz Çətin dramatik heç-heçəni dəyərləndirdi

Çixradze və Oğuz Çətin dramatik heç-heçəni dəyərləndirdi
Premyer Liqanın XXXV turunun "Simurq" - "Xəzər Lənkəran" oyunundan sonra məşqçilər fikirlərini bildirib:
Georgi Çixradze (“Simurq”un baş məşqçisi): “Çox maraqlı oyun oldu. Heyətlə bağlı çatışmazlıqlarımız var idi. Son turdan sonra dörd müdafiəçimizin xidmətindən məhrum olmuşduq. Bütün müdafiə xəttini dəyişməli olduq. Oyuna bərbad başladıq. İki top buraxdıq və özümüzü pis vəziyyətə saldıq. Lakin futbolçular özünəinamı itirmədilər, həvəsdən düşmədilər, sona kimi mübarizə apardılar. Buna görə komandama təşəkkür edirəm. Fikrimcə, bu oyunda qalib də gələ bilərdik”.
Oğuz Çətin (“Xəzər Lənkəran”ın məşqçisi): “Mövsümün son oyunlarını oynamaq asan deyil. Mövsüm boyu yığılan yorğunluq öz təsirini göstərir. Oyuna çox yaxşı başladıq. İstədyimiz kimi oynadıq, bu zamanda da iki qol vurduq. Qələbə hesabını oyunun sonuna qədər qorumağı düşünürdük. Lakin hesab 2:1 olduqdan sonra rəqib daha da ümidləndi və ikinci hissədə çox hücum etdi, bizim üzərimizdə təzyiqini artırdı. Son dəqiqədə penaltiyə səbəb olmalı deyildik, istənilən şərtlər daxilində qələbə hesabını qorumalı idik. Rəqib ikinci hissədə çox istəkli oynadı, hesabı bərabərləşdirdi. “Simurq” kimi komandaya qarşı mövsümün sonunda oynamaq çətindi. Meydançanın da süni örtüklü olması oyunumuza təsir etdi. İstədiyimiz oyunu göstərə bilmədik. Burada məğlub olmamağı və mövsümü qələbə ilə başa vurmağı hədəfləmişik”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər