"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Fanat.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:“İki fərqli hissə oldu. İlk hissədə bərabər oyun getdi. İkinci hissədə isə rəqib bizdən daha fəal oynadı. Buraxdığımız səhvdən “İnter” qol vurdu. Rəqib bizdən daha istəkli idi. Polyakın əvəzlənməsinə gəlincə, bu zədə alması ilə bağlı idi”.
Fanat.az