"Arsenal" keçmiş baş məşqçisi Arsen Venger PSJ-nin transfer siyasəti haqda danışıb.
Fanat.Az xəbər verir ki, Fransanın nüfuzli "La Parisien" nəşri 72 yaşlı əfsanəvi mütəxəssisin sözlərini belə çatdırır:
"Zaman PSJ-nin ziyanına işləyir. Öz təcrübəmə arxalanaraq danışıram. Qərar qəbul etməyi nə qədər uzatsanız, sövdələşməni bağlamaq bir o qədər çətinləşəcək. Kilian Mbappe PSJ-nin ən vacib oyunçusudur. Lakin indi o, digər klublarla danışıqlar aparmaq üçün sərbəstdir.
PSJ-yə "Real Madrid"dən təklif gəlib. 180 milyon avrodan imtina etmək... Bu, hamı üçün, hətta PSJ üçün də böyük məbləğdir. Yəqin ki, onlar bu puldan imtina edəndə "Messimiz var. Mbappeni də itirməməliyik. Onu qalmağa razı sala bilərik", - deyə düşünüblər. Amma nəticədə Mbappe yenə də klubu tərk edəcək. Burada itirən yalnız PSJ oldu".
Xatırladaq ki, Kilian Mbappenin bu yay "Real Madrid"ə gedəcəyi gözlənilir.
Emin