İtalyanlar Türkiyə klubunu “Sampdoriya”ya dəyişdilər

İtalyanlar Türkiyə klubunu “Sampdoriya”ya dəyişdilər

Bu yay Türkiyənin “Fatih Karagümrük” klubundan ayrılmış italyan hücumçu Fabio Borini və icarə əsasında bu komandada çıxış etmiş həmyerlisi Matteo Riççi “Sampdoriya”ya keçib.

Fanat.Az bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

32 yaşlı hücumçu ilə 2, 29 yaşlı yarımmüdafiəçi 3 illik müqavilə imzalanıb.

Borini 2021-ci ilin yanvarında qoşulduğu “Fatih Karagümrük”də bütövükdə 75 oyuna çıxıb, 36 qol vurub.

Müqavilə ilə “Frozinone”yə məxsus olan Riççi isə icarə əsasında bir mövsüm oynadığı Türkiyə klubunun heyətində 19 oyuna çıxıb, 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər