"Real"ın futbolçusu Mateo Kovaciçi istəyən klubların sayı artır. Fanat.az xəbər verir ki, xorvat yarımmüdafiəçinin xidmətində 3 italyan klubu maraqlıdı.
Bir müddətdi ki,"Milan" və "Yuventus"un 22 yaşlı futbolçunu heyətinə qatmağa çalışdığı deyilirdi. İndi bu mübarizəyə "Roma" da qoşulub.
Qeyd edək ki, "Real" Mateo Kovaciçi 2015-ci ilin yayında "İnter"dən 31 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub. 22 yaşlı futbolçu "Kral Klubu"nun heyətində meydana çıxdığı 34 rəsmi oyunda 1 qol vurub.
Fanat.az