İtaliyanı yenən tapılmır

İtaliyanı yenən tapılmır
Millətlər Liqası çərçivəsində "Mapey-Çitta-del-Trikolore" stadionunda Polşa ilə üz-üzə gələn İtaliya millisi 2:0 hesablə qələbə sayəsində məğlubiyyətsiz oyunlar seriyasını bir qədər də uzadıb.
Fanat.Az xəbər verir ki, Roberto Mançininin rəhbərliyi altında ardıcıl 21 oyunda yenilməyən yığma son dəfə 10 sentyabr 2018-ci il tarixində uduzub.
Mançininin komandasının hesabında 16 qələbə və 5 heç-heçə var.

Millətlər Liqası çərçivəsində keçirilən həmin görüşdə  Portuqaliyaya 0:1 hesabıyla məğlub olan italyanlar o vaxtdan bəri yenilgi tanımır. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər